QEYDİYYAT ÜÇÜN MƏLUMAT

register

Konqresin tarixi və yeri:

6 mart 2024-cü ilin tarixində Fairmont Oteldə keçiriləcək.

Konqresin dili:

Konqres Azərbaycan dilindədir.

Konqresə qeydiyyat:

Qeydiyyat online olaraq 5 mart 2024-cü il tarixinədək davam edəcək.

Konqresin adı nişanı:

Konqresdə iştirak edən bütün iştirakçılara ad nişanları ( badjik )paylanacaq. Konqres sahəsinə və elmi sessiyalara ad nişanı olmadan daxil olmağa icazə yoxdur. Ad nişanın itməsi, unudulması və s. Hallarında qeydiyyat masasına müraciət edilməlidir.

Konqresdə iştirak sənədləri:

Qeydiyyatdan keçdikdən sonra sizə təsdiq mesajı göndəriləcək.

Konqresdə iştirak haqqı:

İştirakçı

200 AZN

Konqresdə iştirak etmək üçün qeydiyyatdan keçin

Qeydiyyat

6 mart 2024-cü il , saat : 09:00 - 16:00


Hörmətli Həmkarlar,


Sizi 6 mart 2024-cü il tarixində Fairmont otelində keçirilməsi planlaşdırılan "II Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı"na dəvət etməkdən böyük məmnunuq və fərəh hissi keçirirəm.

Bu konfrans ətraf mühit, sosial və idarəetmə, habelə korporativ sosial məsuliyyət sahəsində ən son tendensiyaları, problemləri və imkanları müzakirə etmək üçün müxtəlif sektorlardan ekspertləri, maraqlı tərəfləri və sənaye liderlərini bir araya gətirəcəkdir. Məqsədimiz bu sahədə ideyaların, biliklərin və ən yaxşı təcrübələrin mübadiləsi üçün geniş bir platforma yaratmaqdır.

Konfrans zamanı müzakirə ediləcək əsas mövzulara aşağıdakılar daxildir:

  • KSM və ESG-nin [Ətraf mühit, sosial və idarəetmə məsələləri] cəmiyyətin inkişafına təsiri
  • Dayanıqlı inkişafın və sosial məsuliyyətin təşviqində şirkətlərin rolu
  • Kiçik və orta sahibkarlıq subyektləri və KSM
  • KSM və ESG sahəsində fəaliyyətin qiymətləndirilməsi və hesabatlılıq
  • Dəyişikliyə təkan vermək və müsbət nəticələrə nail olmaq üçün innovativ həllər

KSM və ESG-nin Azərbaycanda və dünyada inkişafı perspektivləri və daha dayanıqlı cəmiyyətin qurulmasına necə töhfə verə biləcəyiniz haqqında daha çox öyrənmək istəyirsinizsə, bu maraqlı tədbirdə iştirak etməyinizi səmimiyyətlə tövsiyə edirik.

Sizinlə Konfransda görüşmək ümidi ilə


Hörmətlə,


Liya Bayramova
Təşkilat Komitəsinin sədri
GEM CSR konsaltinq

Kəmalə Aşumova
Təşkilat Komitəsinin üzvü
Azərbaycan Uşaq Qaynar Xətt xidməti
"Ümidli Gələcək" Sosial Təşəbbüslər İB

Dr Nabil Seyidov, t.ü.f.d.
Təşkilat Komitəsinin üzvü

20+

MƏRUZƏÇİ

100+

İŞTİRAKÇI

1+

GÜN

Son yeniliklər

Bütün xəbərlər

Təşkilatçılar

Sponsorlar və Tərəfdaşlar